“Mançester Siti” Rəhim Sterlinqlə yeni müqavilə ilə bağlı danışıqlar aparır.
İtaliyalı jurnalist Nikola Skiranın əldə etdiyi məlumata görə, “şəhərlilər” Sterlinqə 2024-cü ilə qədər klubda qalmağı təklif edib. 25 yaşlı ingiltərəli futbolçu təklifi qəbul etsə, ilinə 20 milyon avro məvacib alacaq.
Xatırladaq ki, Sterlinq bu mövsüm premyer liqada keçirdiyi 24 oyunda 11 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.